Mart ayından etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işlərin dayanması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, işlərin aprel ayından bərpa olunacağı deyilsə də, sonradan bu, baş vermədi.

Bu yaxınlarda arenaya baş çəkərkən heç nəyin dəyişmədiyinin şahidi olduq. Giriş qapısı qıfıllanan stadionda ins-cins yox idi. Əldə etdiyimiz məlumata görə, işlərin dayanması vəsaitlə bağlıdır. Bu gedişlə stadionun bu il təhvil veriləcəyi real deyil. Arenanın gələn iı təhvil veriləcəyi gözlənilirş