Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tikintisi sürətlə gedir.

Rekord.az xəbər verir ki, ilkin layihədə arenanın tutumu 15900 göstərilsə də sonradan bu rəqəm 10-ə kimi azaldılmışdı.

Lakin əldə etdiyimiz son məlumatab görə, tutumla bağlı qərar yenidən dəyişdirilib və tikintinin gedişi müddətində tutumun 16 min nəfərə qaldırılmasına qərar verilib.

Stadionun açılışı isə may ayının ilk 10 günlüyündə nəzərdə tutulub.