Yeni istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı problemlərdən daha biri həllini tapmaq üzrədir.

Rekord.az xəbər verir ki, söhbət işıqlandırma sistemindən gedir.

Arena istifadəyə verilən zaman işıqlandırma lüksü 850 idi ki, bu da beynəlxalq tələblərdən aşağı idi. Lüksün artırılması üçün əlavə kabel xətti çəkilməli, yeni avadanlıqlar alınıb quraşdırılmalı idi. Artıq həmin qurğular sifariş verilib və yaxın günlərdə Sumqayıtda olacaq. Bu işlər də görüləndən sonra işıqlandırma lüksü1400-ə yaxın olacaq ki, bu da standardlara tam cavab verəcək və arenada axşam saatlarda bütün səviyyədə oyunları keçirmək mümkün olacaq.