2023/24 mövsümü üçün hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" FK sabah qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.

Rekord.az xəbər verir ki, Samir Abasovun yetirmələri Türkiyə Super Liqa təmsilçisi "Sivasspor"la üz-üzə gələcək. 

"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşmaya yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start veriləcək.