Konfrans Liqasında ilk turda "Fehervar"ı  üstələyə bilməyən "Sumqayıt"ın heyətində problemlər var. Komandanın ehtiyat qüvvəsi demək olar ki, yoxdur və bu, Premyer Liqanın yeni mövsümünün gedişatında çətinliklər yarada bilər. Bəs transfer pəncərəsinin sonuna qədər bu məsələ həll ediləcəkmi?

 

Bu sualla kluba müraciət etdik. "Sumqayıt"dan "Rekord.az"-ıa verilən açıqlamanı sizə təqdim edirik: "Transfer məsələsi bizim üçün qapanmayıb. Bununla bağlı müəyyən axtarışlar edilir. Şərtlər uyğun olacağı təqdirdə komandaya yeni oyunçu və ya oyunçuların qoşulması mümkündür".