“Sumqayıt” yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlığa start verib.

Rekord.az xəbər verir ki, sözügedən komanda baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 10-dək ölkə daxilində keçəcək.

"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək komanda "Aska Resort" hotelində məskunlaşacaq.

"Sumqayıt" qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kapoşvar", 17-də Rumıniyanın "Politexnika” (İaşi), 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.