Peyman Babayinin "Sumqayıt"da qalması üçün şans yaranıb. Bildiyiniz kimi, bu futbolçusu müqavilə ilə "Maşinsazi"yə məxsusdur və "Sumqayıt"da icarə əsasında forma geyinirdi. Müqavilə müddəti bitdiyindən yeni sözləşmə imzalanmalı idi. Lakin bir problem ortaya çıxıb ki, Cənubi Azərbaycan təmsilçisi Babayini icarəyə vermək yox, birbaşa satmaq haqda düşünür. Hətta bizdə olan məlumata görə, İrandan və Avropadan bəzi klublar hücumçunu heyətində görməm istəyir. Məhz bu səbəbdən "Sumqayıt" geri çəkilməli olmuşdu. Çünki klubun hazırkı büdcəsi 150-200 minlik futbolçu almağa imkan vermir. 

Rekord.az-ın əldə etdiyi son məlumata görə, Babayinin "Sumqayıt"a qayıtması üçün yenidən şans yaranıb.

Belə ki, Babayinin transferində maraqlı olan klublardan heç kim, bu günə kimi konkret addımlar atmayıb. Yəni rəsmi şəkildə heç kim "Maşinsazi"yə müraciə etməyib. Belə olan halda Təbriz klubu ya Babayini saxlamalı, ya da onu icarəyə verməlidir. İcarəyə veriləsi olsa, yenidən "Sumqayıt"la danışıqlar başlanılacaq. Hər halda, həftə sonuna kimi məsələyə aydınlıq gələcək.