Hazırda çempionatın vahid lideri olan "Sumqayıt" hazırkı mövqeyini saxlamaq üçün heyətini gücləndirməyi düşünür. Düzdür, klubun büdcəsi və maliyyə gücü hər kəsə məlumdur.

Lakin Rekord.az xəbər verir ki, bütün çətinliklərə baxmayaraq, rəhbərlik ölkə xaricində futbolçu axtarışlarını davam etdirir.

ƏIdə etdiyimiz məlumata görə, rəhbərlik Ukrayna və İranda yeni futbolçular axtarır. Klubun maraqlarına və büdcəsinə uyğun futbolçular tapılarsa, onların "Sumqayıt"a gəlişi yönündə çalışmalara başlanılacaq.