Tarixində ilk dəfə avrokuboklarda oynamaq şansı qazanan “Sumqayıt” yenə legioner transfer edə bilməyəcək. Kluba yalnız yerli və Azərbaycan kökənli futbolçu axtarmaq tapşırılıb.

Rekord.az-ın əldə etdiyi məlumata görə, klubun prezidenti Riad Rəfiyev artıq Ukraynada Azərbaycan soyadlı bir futbolçu tapıb.

Ön xətt futbolçusu olan həmin şəxslə danışıqlar davam edir.