![photo](https://www.rekord.az/storage/uploads/5/s-284.jpg)
“Sumqayıt” yoxlama oyunu keçirəcək
- 12 Avq 2023 22:11
- 329
Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilməli olan "Sabah"la matçı təxirə salındığı üçün "Sumqayıt" yoxlama oyununda qüvvəsini sınayacaq.
Rekord.az xəbər verir ki, Samir Abasovun yetirmələri Birinci Liqa təmsilçisi MOİK-lə üz-üzə gələcək.
13 avqustda "Sumqayıt"ın stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.