Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Rekord.az xəbər verir ki, sözügedən komanda “Zirə” ilə üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada Samir Abasovun yetirmələri 1:0 hesablı qələbə qazanıb. Oyunda vurulan yeganə qola Kamran Quliyev imza atıb.