"Sumqayıt" dekabrın 20-də "Zirə" ilə keçiriləcək matça çıxmaq istəmir.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb klubun 20-ə yaxın futbolçusunun hazırda aktiv koronavirus xəstəsi olmasıdır.

Onların ən azı 2 həftə karantində qalacağı gözlənilir. Oyun isə 9 gündən sonradır. Klub rəhbərliyi məsələ ilə bağlı PFL rəhbərliyi ilə yenidən danışmaq niyyətindədir.