Koronavirusdan ən çox əziyyət çəkən "Sumqayıt" növbəti turda da meydançaya çıxmaq istəmir.

Rekord.az-a daxil olan məlumata görə, Sumqayıt təmsilçisi dekabrın 20-də "Zirə" ilə səfərdə keçirəcəkləri görüşün də təxirə salınmasını istəyib.

Səbəb isə yoluxan futbolçuların sayının çoxluğudur. Hətta bununla bağlı qeyri-rəsmi olaraq, PFL-ə müraciət də olunub. Lakin qurumdan birmıənalı şəkildə bildirilib ki, növbəti təxirəsalınma olmayacaq və komanda "Zirə" səfərinə getməlidirş.