Konfrans Liqasına vəsiqə qazanan “Sumqayıt” hazırda heyətini gücləndirmək üçün addımlar atmağa başlayıb.

Lakin Rekord.az xəbər verir ki, büdcənin böyük olmaması kluba istədiyi futbolçuları transfer imkanı vermir.

Ona görə də diqqətlər ilk növbədə daha çox digər klublara lazım olmayan futbolçulara yönəlib. Belə futbolçulardan biri də “Zirə”dən ayırılan Tural Bayramlıdır. Əldə etdiyimiz məlumata görə, “Sumqayıt” öz sabiq futbolçunu yenidən  geri qaytarmaqda maraqlıdır.