Məlum olduğu kimi, “Sabah”la oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbas hakim idarəçiliyi haqda kəskin fikirlər səsləndirmişdi.

Rekord.az-a daxil olan məlumata görə, Abbasovun səsləndirdiyi fikirlər AFFA-da xoş qarşılanmayıb və federasiyadan klub rəhbərliyinə xəbərdarlıq gəlib.

Tapşırılıb ki, baş məşqçi ilə ciddi söhbət olunsun və bir daha hakimliklə bağlı bu cür açıqlamalara yol verilməsin.