“Sumqayıt”a doğma meydanda da qalib gəlmək istəyirik”
- 31 İyl 2024 00:05
- 145
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq Macarıstanın “Fehervar” komandasının baş məşqçisi Tamaş Peto cavab matçı öncəsi şansları dəyərləndirib.
Rekord.az xəbər verir ki, macar mütəxəssis oyundan öncə baş tutan mətbuat konfransında “Sumqayıt”la cavab görüşündə ehtiyatlı davranmalı olduqlarını bildirib:
“İlk oyunu nəzərə alsaq, bizi çətin sınaq gözləyir. Səfər matçında qələbə qazansaq da, rəqib çox aqressiv oynadı. Onlar meydanda çox hərəkət edirdilər. Sabah bizim başqa məqsədimiz olacaq. Azarkeşlərimiz qarşısında ilk oyunda qələbə qazanmaq istəyirik. Azərbaycan klublarının ötən həftə 4 görüşün 3-də qələbə qazanması onların gücündən xəbər verir. Biz ehtiyatlı olmalıyıq. Rəqibə hörmət edirik, amma məqsədimiz qələbə qazanıb növbəti mərhələyə yüksəlməkdir”.
“Fehervar"ın gənc futbolçusu Milan Peto da cavab matçı ilə bağlı fikirlərini bölüşüb:
“Cavab oyununda ilk görüşdəki kimi çıxış etməliyik. Bu zaman evdə qələbə qazanmaq və mərhələ adlamaq üçün şansımız olacaq. Doğma azrkeşlər qarşısında ilk oyunumuzu səbirsizliklə gözləyirəm. Ümid edirəm tribunalar dolu olacaq. Mövsümün ilk iki matçında meydana çıxdığım üçün çox şadam. Məqsədim komandaya fayda verməkdir".
"Fehervar" ilk oyunda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. Cavab matçı sabah 21:00-da start götürəcək.