Ötən gün “Sumqayıt”da gözlənilən dəyişikliklər haqqında məlumat paylaşmışdıq. Bildirmişdik ki, SOCAR-da və AFFA-da baş verən dəyişikliklər federasiyanın nəzarətində olan klublardan da yan keçməyəcək ki, bu klublardan biri də “Sumqayıt”dır. Belə ki, klubun rəsmi sponsoru olan “Azərikimya” növbəti mövsümdən kluba daha yaxından müdaxilə etməyi, hətta rəhbər postlarda dəyişiklik etməyi düşünür.

Rekord.az-a daxil olan məlumata görə, şirkət rəhbərliyi 10 ildən çoxdur kluba tətbiq olunan legioner qadağasının götürülməsi haqda da düşünür.

Düzdür, hələ bununla bağlı konkret qərar verilməyib. Lakin sözügedən məsələ müzakirə olunacağı gözlənilən məsələlər siyahısındadır.