“Sumqayıt”a oyun qaydaları ilə bağlı seminar keçirilib
- 17:00
- 40
AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Anar Salmanovun iştirakı ilə “Sumqayıt” FK-nın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Rekord.az xəbər verir ki, “Sumqayıt”ın təlim-məşq bazasının iclas zalında baş tutan tədbirdə komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.