Jordan Rezabalanın "Sumqayıt"dan ayrılması dəqiqləşib.

Rekord.az-a daxil olan məlumata görə, qış fasiləsi ilə əlaqədar olaraq, ölkəsi Ekvadora yollanan yarımmüdafiəçi başqa təkliflərinin olduğunu və onları dəyərləndirəcəyini bildirib.

Yəni 24 yaşlı futbolçunu qışdan sonra "Sumqayıt" formasında görməyəcəyik.

Qeyd edək ki, Rezabala "Sumqayıt"da icarə əsasında çıxış edirdi.