Sumqayıtda 500 nəfərlik festival
- 09 Mar 2024 11:30
- 211
Sumqayıt Olimpiya İdman Kompleksində “05 Mart - Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman təşkilatlarının rəhbərləri və kollektivi, bədən tərbiyəsi və idman veteranları, dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə İdman festivalı keçirilib.
Rekord.az xəbər verir ki, festivalda idmanın milli güləş, mini-futbol, basketbol, şahmat, nərd, gimnastika, cüdo, taekvondo, karate, qılıncoynatma növləri üzrə müxtəlif yaş qruplarında nümunəvi çıxışlar göstərilib.
Sonda idmançıların iştirakı ilə fləşmob nümayiş olunub.
Ümumilikdə festivala 500-dən çox iştirakçı cəlb edilib.