Sumqayıtda 53 illik tarixi stadion yenidən qurulur.

Rekord.az xəbər verir ki, bir çox beynəlxalq oyunlara şahidlik edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu tamamilə söküləcək, yerində isə müasir tələblərə cavab verən üstü örtülü arena inşa olunacaq.

Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu 16 min nəfər üçün nəzərdə tutulub. Əvvəldən meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança da tikiləcək.

Stadionun ərazisində otelin də inşa olunması planlaşdırılır. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Prezidentin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: