Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə 22-24 may 2023-cü il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “Narkomaniya və dini radikalizm”lə mübarizəyə həsr olunmuş 2009-2010-cu il təvəllüdlü oğlanlar arasında boks idman növü üzrə şəhər birinciliyi keçirilmişdir. Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd şəhərdə boks idman növünün təbliği, kütləviliyinin artırılması, idmançıların zərərli vərdişlərdən uzaqlaşdırılması və asudə vaxtlarının səmərəli təşkilidir. Birincilikdə 110-a yaxın idmançı qalib adı uğrunda mübarizə aparmışdır.

Qalib və mükafatçılar fəxri fərmanla təltif olunmuş, eyni zamanda Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə etmişlər.