![photo](https://www.rekord.az/storage/uploads/5/manteka.jpg)
“Sumqayıt”da braziliyalı yarımmüdafiəçi
- 23 İyl 2023 14:30
- 336
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.
Rekord.az xəbər verir ki, müqavilə ilə Bolqarıstanın "ÇSKA 1948" klubuna məxsus olan braziliyalı yarımmüdafiəçi Oktavio Manteka 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, "Botafoqo" klubunun yetirməsi olan Oktavio Manteka karyerası ərzində İtaliyanın "Fiorentina", Belçikanın "Berşxot", Bolqarıstanın "Beroe", "Lokomotiv Sofiya" və "ÇSKA 1948" kimi klublarında çıxış edib.