"Sumqayıt"ın son zamanlar bir neçə uğurlu oyunu rəhbərliyi çətinə salıb. Daha doğrusu, klubun sponsoru olan "Azərkimya" şirkətini.

Rekord.az xəbər verir ki, "Qarabağ" üzərindəki qələbəyə görə vəd olunan mükafat hələ verilməyib.

Bu azmış kimi kubokda da "Neftçi" üzərində 1/4 final mərhələsinin ilk oyununa qazanılan səfər qələbəsi var. Dekabrın 20-də Sumqayıtdakı cavab oyununa da uğurlu nəticə olsa və komanda yarımfinala vəsiqə qazansa, o zaman bunun üçün də az olmayan məbləğdə mükafat verilməlidir. Bir sözlə, "Sumqayıt"ın "Qarabağ" və "Neftçi" üzərindəki qələbələri "Azərkimya"nın kassasını əməlli-başlı sıxıb.