“Bu şəhərdə çox yaxşı vaxt keçirirəm”.


Rekord.az xəbər verir ki, bunu "Sumqayıt"ın ABŞ-dən olan basketbolçusu Zayon Yanq klubun mətbuat xidmətinə açıqlamasında deyib.


Azərbaycan Basketbol Liqasının hər oyunda orta hesabla ən çox xal toplayan oyunçusu Sumqayıtda özünü çox yaxşı hiss etdiyini söyləyib:


"Burada olduğuma görə şadam. Komanda yoldaşlarım Aleksey Kitayev, Zaur Quşanov və Saadettin Donat qətiyyən məni darıxmağa qoymurlar. Onlar kollektivdə də əla atmosfer yaradırlar".


Z.Yanq qısa zamanda çempionatın ən məhsuldar oyunçusuna çevrildiyinə görə də komanda yoldaşlarına minnətdarlığını bildirib:


"Əvvəlcə, mənə burada oynamağa şans yaradanlara təşəkkürümü bildirirəm. Bu çempionatda əsl istedadımı nümayiş etdirə bilirəm. Amma istənilən halda komanda yoldaşlarıma minnətdaram. Məhz onların sayəsində liqada hər oyunda orta hesabla ən çox xal toplayan basketbolçuyam".