MƏtbuat xidmətinin rəhbəri Rəşad Məmmədovdan sonra "Sumqayıt"da daha bir ayrılıq reallaşıb.

Rekord.az xəbər verir ki, bu dəfə klubun futbol akademiyasının masajçısı Elçin Gülverdiyev klubdan ayrılıb.

O, bundan sonra I Liqa təmsilçisi "İrəvan"da çalışacaq.

Qeyd edək ki, Gülverdiyev təcrübəli mütəxəssisdir və demək olar, "Sumqayıt" yaranandan burada işləyib. Yalnlz Ayxan Abbasovun gəlişindən sonra Abbasovun istəyi ilə komandadan gedib və yerinə başqa şəxs təyin olunub. Abbasovun "Turan Tovuz"a gedişindən sonra yendiən "Sumqayıt"a qayıdan Elçin bəy  bu dəfə akademiyada çalışmağa başlamışdı.