Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 yanvar 2024-cü il tarixində Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə "2 Fevral – Gənclər günü”nə həsr olunmuş sambo idman növü üzrə üzrə 2006-2007; 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında Sumqayıt şəhər birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda100-dən artıq idmançı qüvvəsini sınayıb.

Birinciliyin qalib və mükafatçıları diplom və medalla təltif olunub, eyni zamanda fevral ayında keçiriləcək Ölkə birinciliyində iştirak etmək hüququ əldə edib.