"Sumqayıt"da işlər heç də qaydasında getmir.

Rekord.az xəbər verir ki, beş turdu qələbə qazana bilməyən Sumqayıt təmsilçisi dörd turdu, ümumiyyətlə, qol vura bilmir.

"Qarabağ"a 0:5 məğlubiyyət isə daxili gərginliyə də səbəb olub. Saytımıza daxil olan məlumata görə, yerli futbolçular əcnəbilərin oyunundan və hazırlığından kəskin narazıdır. Onlar narazılıqlarını baş məşqçi Samir Abasova və rəhbərliyə də çatdırıb. Yerlilər düşünür ki, gəlmələe üzərlərinə düşən işi məsuliyyətlə görmür.