Sumqayıtda "İdman həftəsi" çərçivəsində növbəti idman tədbiri
- 06 Mar 2023 16:00
- 422
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr edilmiş şahmat üzrə tempo turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nün qeyd edilməsi, şahmat idman növünün şəhərdə təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi olub.
Doqquz turdan ibarət İsveçrə sistemi üzrə təşkil olunmuş turnirdə 50 şahmatçı iştirak edib. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə Səbinə Rzalı qızlar, Şövkət Səlimov isə oğlanlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.