Avrokuboklarda mübarizəni ilk mərhələdəcə dayandıran “Sumqayıt”ın işi Premyer Liqada da asan olmayacaq. Çünki bu heyətlə mübarizə aparmaq, elitada yerini qorumaq çox çətin olacaq.

Rekord.az xəbər verir ki, heyəti gücləndirmək üçün yeni futbolçulara ehtiyac olsa da bunun üçün vəsait yoxdur.

Avrokuboklarda uğurlu çıxış üçün vəsait ayırmayan sponsorlar yenə susqunluğunu davam etdirir. “Sumqayıt”ın tək ümidi avrokuboklarda iştirak üçün UEFA-dan gələcək vəsaitədir ki, o vəsaitin taleyi də AFFA-dan asılıdır.