
"Sumqayıt"da qalmayacaqlar
- 15:00
- 85
Mövsümün sonunda "Sumqayıt"dan ayrılacaq bəzi futbolçuların adlarına aydınlıq gəlib.
Rekord.az-a daxil olan məlumata görə, qapıçı Rəşad Əzizli ilə müdafiəçi Vüqar Mustafayevlə yeni müqavilə bağlanmayacaq.
Qeyd edək ki, Rəşad "Sumqayıt"a gələndən hələ ki, Premyer Liqada debüt etməyib. Vüqar isə daha çox ehtiyatda qalmaqla yadda qalır.