Məlum olduğu kimi, dünən "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib və "Azərkimya" İstehsalat Birliyinin sədri Elnur Məmmədli klubun Müşahidə Şurasının yeni sədri seçilib.

Rekord.az hələ bir müddət bundan öncə, Məmmədli  "Azərkimya"ya sədr təyin olunanda bu seçimin işartılarə haqda yazmışdı.

Qeyd etmişdik ki, birliyin yeni sədri 2024-cü ildən kluba da şəxsən nəzarət etməyi düşünür. Dünənki iclas və təyinat da bunun bariz sübutu sayıla bilər. Əldə etdiyimiz məlumata görə, Məmmədli bundan sonra klubun xərclərinə, legionerlərə, ölkə xaricindəki toplanışlara xərclənən vəsaitə şəxsən nəzarət edəcək. Bütün bunlar reallaşacağı təqdirdə bu, hazırkı klub prezidenti Riad Rəfiyevin "Sumqayıt"dakı erasının sonu anlamına gələcək.