Sumqayıtda yeni fan klub yaradılıb.

Rekord.az xəbər verir ki, yeni fan klub müstəqildi və klubun rəsmi fan klubu olan "Kimyaçılar"a heç bir aidiyatı yoxdur.

"UltraSumqayıt" adlanan bu fan klub artıq iki oyundur ki, öz hesablarına bilet alıb ayrıca sektorda doğma komandalarına azarkeşlik edirlər. Aldığımız məlumata görə, "Araz Naxçıvan"la son matça "UltraSumqayıt" 60 bilet sifariş verib və hamısının da pulunu ödəyərək öz üzvlərinə paylayıb.