Sumqayıtın Corat qəsəbəsində "Cürət" adlı yeni komandanın yaradılması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, komandanın yeni mövsümdən "Region Liqası"nda çıxışı gözlənilir.

Artıq bununla bağlı qərar verilib. Bundan başqa, komandaya sponsor axtarışları da davam edir və artıq bir neçə iş adamının komandaya sponsorluqda maraqlı olmasına dair məlumatlar da var. 

Hazırda isə əsas dəstək Corat bələdiyyəsi tərəfindən edilir.