Sumqayıtdakı bu idman qurğusu məhv olur FOTOLAR
- 08 Yan 2021 14:00
- 792
Haqqında bəhs edəcəyimiz idman qurğusunun adı tam olaraq Sumqayıt Şəhər Təhsil Şöbəsinin balansındakı 2 saylı uşaq-gənclər şahmat məktəbinin idman bazası gedir.
Rekord.az xəbər verir ki, Sumqayıtda buranı daha çox 34 nömrəli məktəbin meydançası kimi də tanınır.
Vaxtı ilə buradan seyli tanınmış cüdo və samboçular çıxır. Hazırda isə həm futbol, həm də boks məşqləri keçirilir. Təbii ki, pandemiyayab görə bu dəqiqə məktəb fəaliyyət göstərmir. Amma nəzdində bir sıra bölmələr var.
Bu meydança isə bir vaxtlar gözəlliyi ilə göz oxşayırdı. Təxminən 10 il bundan əvvələ kimi burada həm xokkey məşqləri keçilirdi, həm də Sumqayıtı təmsil edən güclü xokkey komandası var idi. Meydança gözəlliyi ilə göz oxşayırdı, yeni tribunalar quraşdırılmışdı. Təəssüf ki, hazırda burada nə xokkeydən əsər-əlamət qalıb, nə də meydançadan. Bir ara meydança sıravi insanların futboll oynaması üçün təklif edilirdi. Yəni şəhər sakinləri ödəniş edib bu meydnçada futbol oynayırdı. Lakin hazırkı durumda çətin ki, kimsə burda futbol oynasın. Bir sözlə, 2 saylı məktəbin meydançası məhv olub gedir və təəssüf ki, şəhərin aidiyatı qurumları bu biabırçı mənzərəyə hələ də göz yumur. İdman ölkəsində və idman şəhərində idmna bu cür münasibət yolverilməzdi.