“Sumqayıt” Futbol Akademiyasında ciddi dəyişiklik baş verib.

Rekord.az xəbər verir ki, keçən il kluba cəlb edilən və ölkənin ən güclü uşaq məşqçilərindən sayılan Ruhin Əliyev akademiyadakı fəaliyyətinə son qoyub.

Hansı ki, onun sayəsində ölkədə ilk dəfə 4-6 yaşlı uşaqlardan ibarət “Təməl qrup”ları yaradılmış və bu yaşda uşaqlar akademiyaya cəlb edilmişdi. Ən qısa zamanda bu yaş qruplarına xeyli sayda uşaq qoşulmuşdu. Hər şey anidən baş verib. Belə ki, ümumiyyətlə, futboldan uzaqlaşan gənc məşqçi ABŞ-a köçməyə qərar verib. O, bundan sonra sözügedən ölkədə biznes fəaliyyəti ilə məşğul olacaq.