Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Sumqayıt” komandası üçün yubileylə əlamətdar olub.

Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi tarixinin 350-ci matçını keçirib.

“Qarabağ”la ev görüşünədək 349 dəfə meydana çıxan sumqayıtlılar yubiley qarşılaşmasından heç-heçə ilə ayrılıb – 0:0.

Bu, 101 qələbə və 158 məğlubiyyəti olan komandanın 91-ci "sülh"ü olub. Rəqib qapılarına 360 qol vuran "Sumqayıt" 468 top buraxıb.

Qeyd edək ki, əsası 2010-cu ildə qoyulan komanda əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edib. 11 il ərzində komanda Premyer Liqa, Birinci Divizion, Azərbaycan Kuboku və UEFA Avropa Liqasında çıxış edib.