2024/25 mövsümü üçün hazırlığını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" bu gün qardaş ölkədə son yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Samir Abasovun yetirmələri Türkiyə Super Liqası təmsilçisi "Adana Dəmirspor" ilə üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Sumqayıt”ın heyətində yeni transferlər - Nikola Vuynoviç və Rəhim Sadıxov fərqləniblər.