Bir müddət bundan öncə milli qəhrəman Mübariz İbrahimovun şərəfinə yaradılan "Mübarizlər" komandası haqda məlumat vermişdik. Bakı kənd və qəsəbələrinin çempionatında mübarizə aparan Ceyranbatan təmsilçisi həftədə bir dəfə olmaqla "Kapital Bank Arena"da məşq edir.

Rekord.az xəbər verir ki, həvəskarlar buna görə heç bir vəsait ödəmir.

Belə ki, "Sumqayıt" klubu şəhidin adına hörmət əlaməti olaraq sözügedən komandadan pul almaqan imtina edib. Sumqayıt təmsilçisinin bu jestini isə yalnız alqışlamaq olar.