"Sumqayıt"dan ayrılan məşqçi özünə yeni klub tapdı
- 13 Fev 2020 14:00
- 954
Bu yaxınlarda qalmaqallı şəkildə "Sumqayıt" Futbol Akademiyasından ayrılan Rəşad Muradov özünə yeni klub tapıb.
Rekord.az xəbər verir ki Muradov "Vətən" komandası ilə müqavilə bağlayıb.
Qeyd edək ki Rəşad "Sumqayıt"ın U-12 komandasını çalışdırırdı. Lakin sonradan qrupunda yer alan futbolçulardan birinin valideyni ilə problem yaşamış və yekunda ərizə yazaraq "Sumqayıt"dan ayrılmışdı. Problemə səbəb isə zəif oynadığı iddia edilən uşaqlardan birinin komandadan kənarlaşdırılması və uşağın atasının bu məsələni böyüdərək qalmaqal həddinə gətirməsi olub.