Cari mövsümü icarə əsasında "Sumqayıt"da keçirən və yaxşı mənada yadda qalan Peyman Babayi mövsümün sonunda komandanı tərk edəcək.

Rekord.az-a daxil olan məlumata görə, futbolçuya İrandan ciddi təkliflər var.

Üstəlik, son zamanlar Sumqayıt təmsilçisində maddi sıxıntı var, futbolçuların maaşında gecikmələr var. Bu durum isə Babayini qane eləmir.