“Sumqayıt”ın yarımmüdafiəçisi Tresor Mossi Burundi yığmasına dəvət alıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Burundi yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Qambiya yığmasını, ayın 19-da isə Qabon millisini qəbul edəcək.