Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” bu gün yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Birinci Divizion təmsilçisi MOİK-lə qarşılaşıb.

Sumqayıtda baş tutan görüşdə Ayxan Abbasovun yetirmələri 3:0 hesablı qələbə qazanıb. Mehdi Şərifinin dubl etdiyi qarşılaşmada MOİK-in bir futbolçusu da avtoqol müəllifi olub.