Məlum olduğu kimi, "Sumqayıt"ın və millimizin hücumçusu Əli Qurbainin bu yaxınlarda paylaşdığı iddia edilən paylaşımı birmənalı qarşılanmadı.

 

Rekord.az xəbər verir ki, Qurbani “instaqram” səhifəsində özünü izləyicilərinə “İranian professional football player”, yəni “iranlı peşəkar futbolçu” kimi tanıdıb.

 

Azərbaycan pasportu daşıyıb Azərbaycan millisində forma geyinən bir futbolçunun bu paylaşımı isə azarkeşlər və futbol ictimaiyyəti arasında tənqidlə qarşılanıb. Məsələyə aydınlıq gətirən “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov isə sözügedən paylaşımın köhnə olduğunu bildirib: "Əli həmin paylaşımı çoxdan edib. Nəinki milliyə, heç "Sumqayıt"a da gəlməmişdən qabaq. Həmin vaxt adam İranda oynayıb İranda da yaşayırdı. Bu mənada özünü iranlı futbolçu kimi təqdim etməsi də normal idi. Çoxdan olmuş bir paylaşımı indi gündəmə gətirməyin nə mənası var, onu anlamaq olmur".