Birinci Divizionun 2-ci dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzedici komandası bu gün ilk yoxlama oyununu keçirib. 

Rekord.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Tufan”ın U-19 komandası ilə qarşılaşıb.

Sumqayıtlılar bu oyunda 2:0 hesabı ilə qələbə qazanıb. “Sumqayıt-2”-nin qollarını Fərhad Salamzadə və Elnur Cəfərov rəqib qapısından keçirib.

Yoxlama oyunu
16 yanvar

“Sumqayıt-2” – “Tufan” 2:0
Qollar: Fərhad Salamzadə, Elnur Cəfərov.