Bu mövsüm "Region Liqası"nda Sumqayıtı təmsil edəcək "Cürət" komandasının ev oyunlarını "Kapital Bank Arena"da keçirəcəyi təsdiqlənib.

Rekord.az daha öncə bu məsələnin gündəmdə olması haqda məlumat vermişdi.

Əldə etdiyimiz son məlumata görə, "Sumqayıt" klubu, o cümlədən bu klubun sponsoru olan "Azərkimya" şirkəti Corat təmsilçisinə "Kapital Bank Arena"da təmənnasız oynamağa icazə verib.