"Sumqayıt"dan Səbuhi və Sərkanla bağlı rəsmi AÇIQLAMA
- 26 Dek 2024 18:00
- 139
Son vaxtlar bir neçə futbolçunun "Sumqayıt"dan ayrılacağı ilə bağlı məlumatlar yayılıb.
Rekord.az xəbər verir ki, Səbuhi Abdullazadə ilə "Neftçi"nin ciddi maraqlandığı deyilir.
Sərtan Taşkının isə baş məşqçinin istəyinə uyğun olaraq göndərilməsinin gündəmdə olduğu bildirilir. Hər iki məsələ ilə bağlı "Sumqayıt" klubuna müraciət edib rəsmi münasibət öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin saytımıza verdiyi məlumata görə, hər iki futbolçu komandada qalacaq: "Bu günə qədər heç bir futbolçu ilə bağlı klubumuza rəsmi müraciət daxil olmayıb. Həmçinin də klub olaraq heç bir futbolçunu komandadan göndərmək kimi bir niyyətimiz yoxdur. Müqaviləsi davam edən bütün futbolçularla yolumuza davam edəcəyik".