Bu yaxınlarda mətbuatda guya "Sumqayıt-2"nin "Kəpəz"lə səfər matçının şübhəli oyunlar siyahısına daxil edildiyi və UEFA-dan bununla bağlı kluba xəbərdarlıq gəlməsi haqda məlumat getmişdi. Hətta qeyd olunmuşdu ki bununla bağlı 4 futbolçu sorğu-sual olunmuş və hərəsi 50 manat cərimələnmişdi.

Rekord.az məsələ ilə bağlı klubun mövqeyini öyrənib.

"Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədov saytımıza açıqlamasında məlumatı qətiyyətlə təkzib edib: "Tamamilə əsassız və yalan məlumatdı. Nə belə oyun olub, nə xəbərdarlıq, nə də cəza. Adi məntiq var: hansı klub oyun satan futbolçunu cərimələyər? Oyun alqı-satqısında iştirak eliyəni cərimələmirlər, komandadan qovurlar".