“Sumqayıt”ın futbolçusu Rəhim Sadıxov “Turan Tovuz”a keçib.


Rekord.az xəbər verir ki, bu barədə Tovuz klubu məlumat yayıb.


28 yaşlı yarımmüdafiəçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək mümqavilə bağlanılıb. Rəhim ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo” klublarının da şərəfini qoruyub.


Sadıxov Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb.