"Sumqayıt"dan xanımının istəyi ilə gedib
- 04 İyl 2020 18:00
- 970
"Sumqayıt"da futbolçular bir-birinin ardınca düşərgə ilə vidalaşır.
Rekord.az xəbər verir ki, növbəti belə oyunçu Mehdi Şərifidir. Ötən yay «Perspolis»dən gələn yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilib.
Mehdi xanımının təkidi ilə hələ 1 il qalan sözləşməsinə son qoyub. Belə ki, ABŞ vətəndaşı olan həyat yoldaşı artıq Azərbaycanda yaşamaq istəmədiyini deyib, o da bu xahişlə klub rəhbərliyinə müraciət edib və müsbət cavab alıb.
İranlı legioner hazırda Bakıdadır və geri qayıtmalarına yardımçı olmaları üçün ölkəsinin Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb. (sportinfo.az)